Luis Butan

Luis Butan
fr. Louis Marie-Auguste Boutan
Luis Butan tərəfindən 1899-cu ildə çəkilmiş ilk sualtı şəkil. Banyuls-sur-Mer Okeanoloji Rəsədxanasında çəkilmiş fotoda xüsusi dalğıc paltarında rumın bioloq Emil Raçovita əlində sualtı fotoşəkil yazılı löhvə tutub.
Luis Butan tərəfindən 1899-cu ildə çəkilmiş ilk sualtı şəkil. Banyuls-sur-Mer Okeanoloji Rəsədxanasında çəkilmiş fotoda xüsusi dalğıc paltarında rumın bioloq Emil Raçovita əlində sualtı fotoşəkil yazılı löhvə tutub.
Doğum tarixi
Doğum yeri Versal sarayı, Paris, Fransa
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Tigzirt, Tizi-Uzu, Əlcəzair
Vətəndaşlığı Fransa Fransa
Təhsili Paris Universiteti
Əlcəzair Universiteti
Mükafatları "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luis Butan (fr. Louis Marie-Auguste Boutan) - Fransız bioloq, zooloqokeanoloq, Fransa Zooloji Cəmiyyətinin fəxri üzvü. Sualtı fotoqrafiyanın öncülərindən hesab olunan fotoqraf. Luis Butan dünyada ilk dəfə sualtı fotoşəkili çəkmiş şəxs hesab olunur.

Belə ki, 1899-cu ildə Fransanın cənubunda Oksitaniya regionunun daxilində yerləşən Şərqi Pireney departamentinin Banyuls-sur-Mer kommunasında Luis Butan və rumın bioloq Emil Raçovitanın iştirakı ilə dünyanın ilk sualtı fotosu çəkilmişdir.

Foto, Banyuls-sur-Mer kommunasında yerləşən Banyuls-sur-Mer Okeanoloji Rəsədxanasının inzibati ərazisində çəkilib. 1899-cu ilin yayında çəkilmiş şəkildə rumın bioloq Emil Raçovita əlində sualtı fotoşəkil yazılı löhvə tutub.[1]

  1. Hannavy, John. Encyclopedia of Nineteenth-Century Photography. 2013. 1416–17. ISBN 978-1135873264.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search